Yol qəzasında 2 nəfər yaralandı

Yol qəzasında 2 nəfər yaralandı

Ötən gün axşam saatlarında Gəncə şəhərində yol qəza hadisəsi baş verib. İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində maşınlardan birində olan sürücü, 56 yaşlı Yaşar Zeynalov və onun sərnişini Maya Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə