Siyəzəndə partlayış

Siyəzəndə partlayış olub, mağazanın bir hissəsi dağılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə mağazada olan 40 litrlik qaz balonundan 2 ədədi partlayıb, mağazanın 1 divarı uçub və yanar konstruksiyaları yanıb.

Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə