Gəncədə quldurluq edən şəxslər saxlanıldı

Gəncədə quldurluq edən şəxslər saxlanıldı

2 nəfər naməlum şəxs "Mersedes" markalı avtomobillə Gəncə şəhər Nizami rayonu ərazisində yerləşən mağazalardan birinə yaxınlaşaraq, orada satıcı işləyən Elgün İsmayılova bıçaqla xəsarət yetiriblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən mağazadan spirtli içki və digər məmulatlar aparıblar. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Miskin Səfərov və Mahir Həsənov tutulub.

Faktla bağlı istintaq aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə