Minik avtomobili ilə sərnişin avtobusu toqquşdu ölənlər var - VİDEO

Minik avtomobili ilə sərnişin avtobusu toqquşdu ölənlər var - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəsəbə ərazisində "Mercedes" markalı minik avtomobili, "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə "Mercedes" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə