Sexdə yanğın

Xətai rayonunda avtomobil təmiri sexində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda avtomobil təmiri sexində təmirə dayanmış "MERCEDES" markalı minik avtomobili yanıb və yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanı məlum olmayan "HYUNDAI" markalı minik avtomobilinin arxa hissəsi əriyib.

Avtomobilin qalan hissəsi və təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə