Daşkəsəndə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə bu gün gecə saatlarında baş verib. Yolu keçmək istəyən 43 yaşlı Şəlalə Abbasova naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
Polis naməlum sürücünü axtarır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB