8 nəfər zəhərlənib

Azərbaycanda zəhərlənmiş 8 şəxs xəstəxanalara yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 7-də Nəsimi rayonu ərazisində yaşayan Cəlal Naibov sirkə turşusundan, Xırdalan şəhərində yaşayan Günay Əliyeva dərmandan zəhərlənmə ilə, iyulun 8-də Zaqatala rayonunun Çobankol kəndində yaşayan Mustafa Musayev, arvadı Təbrik, qızları Gülbiçə, Günel, oğlu Sirac və anası Pəri evlərində qidadan, daha dəqiqi qarpızdan zəhərlənmə ilə xəstəxanalara yerləşdirililər.

Faktlar üzrə ayrı-ayrılıqda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə