Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Abşeron rayonunda 2 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub. Həmin vətəndaşlar FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB