Vətəndaşın 35 ton otu yanıb

Beyləqanda vətəndaşa məxsus evin həyətyanı sahəsində 35 ton ot yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Eyvazalılar kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 35 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə