18 hektar taxıl sahəsi yandı

Sabirabadda 18 hektar taxıl sahəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Ulacalı kəndində (rayon mərkəzindən 14 km aralı) bələdiyyəyə məxsus ərazidə 18 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri sahələri yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə