Batan şəxs xilas edildi

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə