Bank binasında yanğın olub

Şamaxıda bank binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı şəhərində "Muğanbank" ASC-nin inzibati binasının xarici divarında ümumi sahəsi 4 kv.m olan reklam lövhəsinin yanar konstruksiyaları 1 kv.m sahədə yanıb.

İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə