4 ton ot yandı

Sabirabadda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Minbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və üstünə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə