Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkəndə sıxılmış vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər ətçəkənin detallarını kəsmiş və uşağın əlinin çıxarılmasına nail olublar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB