Evin eyvanında su qızdırıcısı yanıb

Evin eyvanında su qızdırıcısı yanıb

Bakı şəhəri, Nərimannov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində sahibi məlum olmayan, ümumi sahəsi 183 kv.m olan 4 otaqlı mənzilin eyvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, eyvanda "ARİSTON" markalı su qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub. Qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə