Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib

Xəzər rayonunda dənizdə batan 2 nəfər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunublar.

Əməliyyat saat 10:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə