Yük qatarında yanğın

Şəmkirdə yük qatarında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib.

Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub.

Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə