Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib

FHN dənizdə batan iki nəfəri xilas edib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Analoji hadisə Sumqayıt şəhərində qeydə alınıb. Bir nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Hər iki şəxs FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə