Neft anbarında yanğın davam edir

Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı yanacaq anbarında bazar ertəsi günü başlayan və dörd adamın ölümünə səbəb olan yanğını söndürmə işləri davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səlahiyyətli şəxslər anbarda 14 min tona yaxın neftin olduğunu açıqlayıb. Vasilkiv qəsəbəsində xüsusi bir şirkətə aid depodaki yanğın söndürmə işləri gecə boyunca da davam etdirilib. Anbarda olan tankerlərin birində bu gün səhər saatlarında partlayış meydana gəlib. Rəsmi qurumlar partlamada ölən və ya yaralananların olmadığını bildirib. Depodaki yanacaq dolu tankerlərin böyük bir hissəsindən hələ də alovlar yüksəlir. Məntəqədəki dörd tankerin isə tamamilə yanaraq məhv olduğu bildirilir. Xilasetmə qrupları, alovların yaxındakı digər yanacaq anbarına sıçramasının qarşısını almaq üçün tankerlərin soyutma işlərini davam etdirirlər.

Daxili işlər naziri Arsen Avakov, alovların yayılmasını dayandıraraq tankerlərdəki yanacaqların hamısının yanmasını gözləyəcəklərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə