Bakı-Quba yolunda qəza oldu ölən var

Bakı-Quba yolunda qəza oldu ölən var

Bakı-Quba yolunda ağır yol qəzası baş verib - ölən var. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılıb.

Hadisənin baş verməsi nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə