Azyaşlının əli ətçəkəndə qaldı

Azyaşlının əli ətçəkəndə qaldı

Daşkəsən rayonunda bir azyaşlının əli ətçəkən məişət avadanlığında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xəsarət alan azyaşlı Gəncə şəhəri Kəpəz rayonundakı xəstəxanaya gətirilib və bu haqda FHN-in Gəncə Regional Mərkəzinə məlumat verilib.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əli ətçəkən məişət avadanlığından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə