Qubada ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda bildirilir ki, Quba rayonu Təngəaltı kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanb. Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində sürücüsü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB