Çinin Yangzı çayında gəmi qəzası baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəzadan sonra aparılan axtarışlarda 331 cəsəd aşkar edilib. 111 nəfərin hələ də itkin düşdüyü bildirilir. Yangzı çayında batan gəminin gövdəsi kranlar vasitəsilə suyun üzünə çıxarılıb. Batan gəmidən çayda batma ehtimalına qarşı bölgədə genişmiqyaslı axtarış işləri aparılır. Qəza baş verdikdən bu vaxta qədər yalnız 14 nəfərin xilas edildiyi bildirilir.
Qeyd edək ki, "Şərq Ulduzu" adlı tur gəmisi, 1 İyunda Yangzı çayında 456 nəfər sərnişini ilə ölkənin şərqindəki Ciangsu əyalətinin paytaxtı Nancinqdən cənub-qərbdə olan Çongçinqə səyahət edərkən qasırğaya tutulub. Gəminin bir neçə dəqiqə içində batdığı qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB