İndoneziya hökuməti 6 min ölkə vətəndaşını Sinabunq vulkanının mövcud oluğu Sumatra adasından təxliyyə edib. SİA xəbər verir ki, bu barədə ölkənin "efe" informasiya saytı məlumat yayıb. Hökumət nümayəndələri və ekspert vulkanoloqlar ehtimal olunan riski hesablayarkən aşkar ediblər ki, vulkanın püksürməsi nəticəsində üzə çıxacaq yandırıcı lava kütləsi Cənub və Şərq tərəfdən 7 km radiusu əhatə edəcək.
Qeyd edək ki, ötən ilin fevralında Sinabunq vulkanının püskürməsi nəticəsində həmin ərəfədə oraya ekskursiya edən məktəblilər də daxil olmaqla, 16 nəfər insanın həyatına son qoymuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB