İlanlar paytaxt evlərinə HÜCUM ETDİ-FOTO

İlanlar paytaxt evlərinə HÜCUM ETDİ-FOTO

Qonşu Gürcüstanın paytaxtı Tbilisidə qeyri-adi hadisə yaşanmaqdadır. Belə ki, son zamanlar paytaxtda yerləşən ev və mənzillərə, ofislərə, eləcə də digər iş yerlərinə kütləvi ilan hücumları baş verir. SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın Heyvanlara nəzarət monitorinqi agentliyi jurnalistlərə informasiya verib. İnformasiyaya görə, hətta geridə qoyduğumuz may ayında bu kimi 109 hadisə qeydə alınıb. Agentlikdən o da bildirilib ki, onların əməkdaşları 24 saatlıq iş rejimi ilə işləməyə başlayıblar. İlanların hücumları ilə bağlı paytaxt Tbilisinin müxtəlif yaşayış massivlərindən onlarla zəng daxil olmaqdadır.

Qeyd olunur ki, hələlik sancma halları barədə məlumat yoxdur. O cümlədən, tutulan ilanların heç biri zəhərli deyil.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə