Vətəndaş halsız vəziyyətdə aşkarlanıb

Vətəndaş halsız vəziyyətdə aşkarlanıb

Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirib, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:19-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə