Bakıda kafe yanıb

Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli 106 ünvanında yerləşən kafelərin birində yanğın hadisəsi baş verib. Hadisə yerindən SİA-nın əməkdaşının verdiyi məlumata görə, yanğına səbəb kafenin tüstü borusuna yığılan yağ qalıqlarının qızışması olub. Hadisə yerinə Nəsimi rayon FHN-in əməkdaşları, 2 yanğınsöndürmə maşını ilə cəlb olunublar. Qısa zamanda yanğın söndürülüb və qonşu binalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə