Bakıda sərnişin avtobusu yandı FOTO

Bakıda sərnişin avtobusu yandı FOTO

Bakıda sərnişin avtobusu yanıb. SİA-nın verdiyi xəbərə görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunda AZ 10 TE 805 seriyalı 135 saylı sərnişin avtobusu yanmağa başlayıb.
Sərnişinlər avtobusu vaxtında tərk edə bilib. Onlardan bir nəfərin halı pisləşsə də xəsarət alan olmayıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Qeyd edək ki, avtobusun yanma səbəbləri haqqında məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə