Bakıda ev yanır FOTOLAR

Bakıda ev yanır. SİA-nın xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə