Bakının Nəsimi rayonunda baş verən yanğında 3 avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşlara məxsus "HYUNDAİ" markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanmış "Audi" markalı minik avtomobilinin sol tərəfi və "Qazel" markalı mikroavtobusun sol qapısı qismən yanıb.
İki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB