Tərtərin rayon mərkəzindən 6 km aralı Sarıcalı kəndində yanğın baş verib. FHN-in saytına istinadən verilən məlumata görə, kənd ərazisində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Növbəti yanğın isə Şabranın rayon mərkəzindən 20 km aralı Ağalıq kəndində baş verib.
Hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 01:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB