Azərbaycan bu şəxsi axtarır

Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan daha bir nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. SİA-nın İnterpolun saytına istinadən verdiyi xəbərə görə, niger vətəndaşı, 34 yaşlı Abdul Hafiz Kolavi kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan hüquq-mühafizə orqanları bir neçə əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib. Onların arasında Niger vətəndaşları da var.

Bütün xəbərlər Facebook səhifəmizdə