Sakinlər evakuasiya edilib
Bakıda bina yanır FOTOLAR

Bakıda dəhşətli yanğın baş verib. SİA-nın xəbərinə görə, Azadlıq 189 ünvanında yerləşən 9-mərtəbəli binanın fasadı yanmağa başlayıb. Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Sakinlər və ətrafdakı insanlar evakuasiya olunublar.