Sumqayıtda ev yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 60 kv.m olan taxtadan ibarət birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə