Beyləqanda avtomobil yanıb

Beyləqanda "VOLKSWAGEN" markalı minik avtomobilində yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Beyləqan-Ağcabədi yolunun 25-ci kilometrliyində, Beyləqan rayonu ərazisində vətəndaşa məxsus "VOLKSWAGEN" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə