Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 2:30 radələrində şəhərin DOS 6 bina 81 mənzil 6 qeydiyyatda olan Ramin Sadıqov bıçaq yaraları ilə Gəncə Şəhər TTYX-nin cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. Zərərçəkmişin kim tərəfindən və hansı məqsədlə vurulduğu hələ ki, məlum deyil. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB