Şahdağda narkotik tapıldı

Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə