Ötən gün Şəmkirin Çeyrançöl ərazisində ilan sancması halı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Düzyurd kənd sakini 42 yaşlı Mahirə İsgəndərovanı yaylaqda ilan vurub. Qadın dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda həkim nəzarətində olan Mahirə İsgəndərovanın vəziyyəti ağır qiymətləndirilir. Xəstəni həyatını təhlükədən xilas etmək üçün təcili və təxirə salınmaz tədbirlər davam etdirilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB