Lənkəranda minik avtomobili velosipedçini vuraraq öldürüb

Lənkəranda minik avtomobili velosipedçini vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə mayın 3-də saat 22.30 radələrində Ələt-Astara magistralının rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Şürük kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Mehman oğlu Səfərov idarə etdiyi "MİTSUBİSHİ PAJERO" markalı, 90-BA-411 dövlət nömrə nişanlı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan velosipedçi, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Raqib Ramiz oğlu Səfərovu vurub. R.Səfərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə