Divanlı kəndi ərazisində qeydə alınan hadisədə Bərdədən Yevlağa gedən Bərdə rayon sakini 31 yaşlı Natiq Qocayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən "Mercedes"i arxadan vurub. "Mercedes" isə yol kənarında hərəkətdə olan velosipedçiyə çırpılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, zərbə təsirindən "VAZ-2101" markalı minik maşını, "Mercedes"lə toqquşandan sonra yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb. Nəticədə "VAZ-2101" in sürücüsü Natiq Qocayev, sərnişini Şamil Qocayev və velosipedin sürücüsü Cəyirli kənd sakini 18 yaşlı Yunis İsgəndərov xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, qəzanın hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra bilinəcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB