Avtomobildən oğurluq edən şəxslər tutulub. Bakı Şəhər BPİ-dən SİA-ya verilən məlumata görə, mayın 3-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Fuad Hüseynova məxsus "VAZ-21154" markalı avtomobildən, şüşəni dəmir alətlə sındırmaqla oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elçin Vaqif oğlu Rəhimov və əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Ülvi Etibar oğlu Hacıyev tutulub.
Həmçinin E.Rəhimovdan 0, 300 qram, Ü.Hacıyevdən 0.306 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Daha bir oğurluq hadisəsi Sədərək ticarət mərkəzində olub. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mayın 2-də Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində Bakı şəhər sakinləri Əli Abdullayevə məxsus mağazanın qarşısından 3 ədəd tozsoran, Elşən Əzizova məxsus mağazanın qarşısından isə 35 ədəd elektrik qızdırcı oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü Rəşad Hüsən oğlu Mehrəliyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB