Evdə qalan azyaşlılar təhlükə yaşadılar

Evdə qalan azyaşlılar təhlükə yaşadılar

Bakıda iki azyaşlı uşaq təhlükəli vəziyyətdən xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə