Lənkəranda partlayış xəsarət alan var

Lənkəranda partlayış xəsarət alan var

Lənkəranda evdə güclü partlayış olub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Koroğlu küçəsi, 62 ünvanında baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Aybəniz Zeynalovaya məxsus, ümumi sahəsi 9 kv.m ev partlayışın zərbəsindən tamamilə dağılıb. Nəticədə ev sahibinin yaxın qohumu, 67 yaşlı Lətifə İbad qızı Zeynalova ağır yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib.

İlkin ehtimallara görə, evdəki kiçik tutumlu qaz balonunun partlaması yanğına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə