Bakıda ev yanır

Bakının Suraxanı rayonu ərazisində yerləşən evdə güclü yanğın başlayıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Fərdi yaşayış evində meydana gəlmiş yanğının söndürülıməsi üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə