İribuynuzlu heyvanları cərəyan vurdu FOTOLAR

İribuynuzlu heyvanları cərəyan vurdu FOTOLAR

Qubada xeyli iribuynuzlu heyvanlar yüksək gərginlikli xəttin altına düşərək, ölüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Böyük Qafqaz sıra dağlarında yerləşən Qubanın dağ Zeyid kəndində otarılan heyvanlar çobanın gözü qarşısında qırılıb. Hadisə elə kənddən xeyli aralıda Zeyid kəndinə məxsus otlaq sahədə, nohur düzü deyilən massivdə baş verib. 7 kəndi birləşdirən yüksək gərginlikli xətt sakit havada qırılıb və xəttin ətrafında olan mal qaranı qırıb. Yerdə qar olduğundan, cərəyan yaxınlıqdakı iribuynuzlu inəkləri də özünə çəkib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə