Qubada yanğın hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, şəhərin Ərdəbil küçəsində baş verən yanğı zamanı Firudin Cəfərova məxsus ev içərisindəki əşyalarla birlikdə yanaraq, külə dönüb.
Yanğın səhər saat 07 radələrində olduğundan ev sakinləri evdə yatmış vəziyyətdə olublar. Hadisədən xəbər tutanda isə artıq evi alov bürüyüb. Sakinlər yalnız özlərini xilas edə biliblər. Evdə olan avadanlıq isə külə dönüb.
Hadisə zamanı Firudin Cəfərova məxsus 70 kv.m 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahə və həmçinin həmin evə bitişik Səxavət Sefəlova məxsus 70 kv.m evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahə yanıb.
Qeyd edək ki, hadisə zamanı dərhal Quba Yanğından Mühafizə İdarəsinə məlumat verilib. Əraziyə qurumun 2 avtomobili cəlb edilib və alov söndürülüb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB