Qubada yanğın olub

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 112 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, evin mətbəxində baş verən yanğın 4 kvadratmetr sahəni əhatə edib.

Alov saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə