Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin məhkəmə prosesi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda Azərbaycan Cinayət Məcəlləsinin 10-cu maddəsi ilə ittiham olunan R.Hüseynova ömürlük cəza verilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB