Meyvə-tərəvəz bazasında yanğın

Meyvə-tərəvəz bazasında yanğın

Bakının Qaradağ rayonundakı meyvə-tərəvəz bazasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda meyvə-tərəvəz bazasının 4-cü anbarının E korpusunda ümumi sahəsi 200 kv.m olan soyuducunun kompressoru yanıb.

Soyuducu və içərisində olan mallar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə