Bakıda məktəb yandı şagirdlər təxliyə olundu

Bakıda məktəb yandı şagirdlər təxliyə olundu

Bakıda məktəb binasında yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə